Dağlıq Qarabağda `referendum` keçirilməsi qəbuledilməzdir - Tehrandan Bakıya dəstək
17:32 20 Fevral 2017
“Dağlıq Qarabağda referendum keçirilməsi yersiz və bəyənilməz bir işdir”.
Bunu APA-nın sualına cavabında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, bu addım qəbulolunmazdır: “Düşünürük ki, bu addım Azərbaycan və Ermənistan arasında böhranın həllinə heç bir kömək etməyəcək. Problemin həli yalnız danışıqlar yolu ilə baş tuta bilər”.
B. Qasimi xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev yaxın vaxtlarda Tehrana səfər edəcək. Onun sözlərinə görə, İranın Azərbaycana baxışı aydın və dəqiqdir: “Bizim münasibətlərimiz möhkəmdir və çalışırıq ki, daha da inkişaf etsin”.
XİN-in sözçüsü qeyd edib ki, bu günlərdə İranın ədliyyə naziri Azərbaycanda səfərdə olub: “Cənab prezident İlham Əliyevin İrana səfəri bu yaxşı əlaqələrin daha da yaxşılaşmasına zəmin yaradacaq”.
Femida.az
Oxunub: 7712
Oxşar xəbərlər
- Dağlıq Qarabağ separatçıları Tiflisdə sərgi açdı - FOTOLAR
- Dağlıq Qarabağ münaqişəsinin uzadılması kimlərə və niyə sərf edir?
- Dağlıq rayonlara qar yağacaq
- Dağlıq Qarabağda erməni əsgərlərin meyiti tapıldı
- Dağlıq ərazilərdə qar yağacaq
- Dağlıq rayonlarda şimşək çaxacaq - SABAHIN HAVASI
- Dağlıq Qarabağda Tacikistan şirkətləri olmayacaq - RAZILIQ
- Dağlıq Qarabağ azərbaycanlılarından BƏYANAT
- Dağlıq Qarabağda muxtar respublika modeli – ŞƏRH
- Dağlıq ərazidə köməksiz qaldılar - FHN xilas etdi